Xaçmazda 56 yaşlı qadını maşın vurub

Xaçmazda 56 yaşlı qadını maşın vurub Hadisə o, yolu keçmək istəyərkən baş verib
Hadisə
24 Avqust , 2016 00:35
Xaçmazda 56 yaşlı qadını maşın vurub

Xaçmaz. 24 avqust. REPORT.AZ/ Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından "Report"un Şimal bürosuna verilən məlumata görə, vurulan şəxs 1960–cı il təvəllüdlü Xaçmaz şəhər sakini Sevil Davud qızı Qonaqovadır.

Məlumata görə, qadını xəstəxanaya "təcili yardım" maşını gətirib. Sevil Qonaqova orta ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Gəndob-Yalama yolunun Xaçmaz ərazisindən keçən 25–ci km-də baş verib. Qadını yolu keçmək istəyərkən Xaçmazın Əhmədoba kənd sakini Pərviz Xıdırov tərəfindən idarə olunan "VAZ-2107" markalı avtomobil vurub.

Hadisə yerinə Xaçmaz polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi