​Xaçmazda 22 yaşlı gənc batıb

​Xaçmazda 22 yaşlı gənc batıb Məmmədşah Məmmədovun meyiti aidiyyəti üzrə təhvil verilib
Hadisə
25 İyun , 2015 00:58
​Xaçmazda 22 yaşlı gənc batıb

Bakı. 25 İyun. REPORT.AZ/ Axşam saatlarında Xaçmaz rayonunda dənizdə 1993-cü il təvəllüdlü Məmmədşah Aydın oğlu Məmmədov batıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

M.Məmmədovun meyiti batdığı yerdən, təxminən, 70 metr məsafədən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi