Bakı. 25 Avqust. REPORT.AZ/ Xaçmaz rayonunda 20 yaşlı gəncin suda batması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki,
Şimal dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən 1995-ci il təvəllüdlü Əsgərov Orxan Xəyal oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.