​Xaçmaz və Suraxanı rayonlarında dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

​Xaçmaz və Suraxanı rayonlarında dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib
Hadisə
10 İyul , 2015 20:41
​Xaçmaz və Suraxanı rayonlarında dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Bakı. 10 iyul. REPORT.AZ/ Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda 3 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Bu barədə "Report" Fövqaladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Həmin vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:31-də başa çatıb.

Analoji hadisə Suraxanı rayonunda da baş verib. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan digər bir məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib və bu əməliyyat saat 19:12-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi