​Xaçmaz sakini taxta köşkdə yanaraq dünyasını dəyişib

​Xaçmaz sakini taxta köşkdə yanaraq dünyasını dəyişib Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
30 Aprel , 2015 08:16
​Xaçmaz sakini taxta köşkdə yanaraq dünyasını dəyişib

Bakı. 30 aprel. REPORT.AZ/ Səhər saatlarında Xaçmaz rayonunun Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkün yanar konstruksiyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən A.S. Muradxanovun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə edilib. Yanğın saat 05:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi