Bakı. 26 oktyabr. REPORT.AZ/ Qudyalçay çayının Xaçmaz rayonu ərazisindən keçən hissəsində "VAZ" markalı minik avtomobili "QAZ" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. “Report” xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.