​Rusiyada daxili işlər naziri intihar edib

​Rusiyada daxili işlər naziri intihar edib Vyaçeslav Buçnev kabinetində özünü güllələyərək intihar edib
Hadisə
3 Yanvar , 2015 20:08
​Rusiyada daxili işlər naziri intihar edib
Bakı. 3 yanvar. REPORT.AZ/ Polis general-mayoru, Rusiyanın Mariy El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev kabinetində özünü güllələyərək intihar edib.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "RİA Novosti" məlumat yayıb.

"Biz Buçnevin ölümü faktını təsdiq edirik. O, 26 dekabr tarixində yanvarın 8-dək məzuniyyətdə idi, lakin müntəzəm olaraq iş yerinə gəlirdi. Bu gün də gəlmişdi, bir müddətdən sonra isə katibi onun kabinetindən atəş səsi eşidib", - deyə mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi