​Voronejdə saxta içki istehsal edən azərbaycanlı "sahibkar" tutulub

​Voronejdə saxta içki istehsal edən azərbaycanlı "sahibkar" tutulub Həmyerlimiz 1500 dollar məbləğində cərimə olunub
Hadisə
27 Fevral , 2015 07:56
​Voronejdə saxta içki istehsal edən azərbaycanlı sahibkar tutulub

Bakı. 27 fevral. REPORT.AZ/ Voronejin Levoberejnı rayon məhkəməsi 1968-ci il təvəllüdlü gürcünü və 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşını 100 min rubl (1500 dollar) məbləğində cərimə edib.

"Report" Voronej vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Soso Leveraşvili və Səməndər Atakişiyev saxta konyak istehsal etmək və üzərinə saxta etiketlər yapışdırmaqda ittiham olunur.

İstintaq müəyyən edib ki, 2013-cü ilin qışında şəriklər saxta spirtli içki istehsalı ilə məşğul olmaq qərarına gəliblər. Leveraşvili şüşə qablaşdırma, etiket və qablaşdırma materialı alıb. Onun azərbaycanlı "həmkarı" isə müəssisə tapıb, həmyerlilərindən ibarət işçi tutub, spirtli içki istehsal etmək üçün xüsusi saxta marka və xammal əldə edib.

Gizli sex Nikolski mikrorayonunda icarəyə götürülmüş evdə yerləşib. Onlar öz saxta məhsullarını “Stareyşina”, "Bəyazit" və "Hennessy" markaları adı altında satıblar.

Saxta sex 2013-cü il 26 dekabrda aşkar edilib. Müəssisədən 2400 şüşə konyak götürülüb. Təşkilatçılara qarşı Cinayət Məcəlləsinin 327-ci maddəsi üzrə cinayət işi qaldırılıb və məhkəmə onları 1500 dollar həcmində cərimə edib.

Son xəbərlər

Orphus sistemi