Voronejdə qadın mənzilinə 270 Azərbaycan və Özbəkistan vətəndaşını qeydiyyata salıb

Voronejdə qadın mənzilinə 270 Azərbaycan və Özbəkistan vətəndaşını qeydiyyata salıb Faktla bağlı cinayət işi açılıb
Hadisə
7 Sentyabr , 2015 19:26
Voronejdə qadın mənzilinə 270 Azərbaycan və Özbəkistan vətəndaşını qeydiyyata salıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Voronejdə 38 yaşlı qadın öz mənzilinə Azərbaycan və Özbəkistanın ümumilikdə 270 vətəndaşını qeydiyyata alıb. "Report" Voronej vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 sayı polis şöbəsinin əməkdaşları xarici vətəndaşların saxta qeydiyyata alınması faktını müəyyən ediblər. 

Məlum olub ki, bu ilin aprel ayından avqust ayına qədər olan dövrdə üç mənzili olan 38 yaşlı qadın pul müqabilində 270 Azərbaycan və Özbəkistan vətəndaşını yaşamaq üçün yer təqdim etmək niyyəti olmadan miqrasiya qeydiyyatına salıb. Xarici vətəndaşlar başqa yerlərdə yaşayıblar.

Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi