Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib Kənd Təsərrüfatı Nazirliyinin stansiya direktoru və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinirlər
Hadisə
8 Oktyabr , 2015 11:46
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Maşın Sınaq Stansiyasının fəaliyyətində yol verilən qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

 Araşdırmalar zamanı Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmələrində, bundan başqa müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqları yazılması, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221.0 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf etməklə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi