170 minlik özgə əmlakını ələ keçirmək istəyən vəzifəli şəxsin əməlləri ifşa olunub

170 minlik özgə əmlakını ələ keçirmək istəyən vəzifəli şəxsin əməlləri ifşa olunub Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
23 Yanvar , 2015 12:47
170 minlik özgə əmlakını ələ keçirmək istəyən vəzifəli şəxsin əməlləri ifşa olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi