"Veysəloğlu"nun satış meneceri apellyasiya şikayəti verib

"Veysəloğlu"nun satış meneceri apellyasiya şikayəti verib İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq
Hadisə
7 Mart , 2016 09:13
Veysəloğlunun satış meneceri apellyasiya şikayəti verib

Bakı. 7 mart. REPORT.AZ/ Mənimsəmədə təqsirləndirilən Nahid Axundov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası martın 7-nə təyin edilib.

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N.Axundov "Veysəloğlu" MMC-də satış meneceri olub. O, 12 min manat pulu mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan N.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi