Vətəndaşlara qarşı soyğunçuluq və dələduzluq edən şəxs tutulub

Vətəndaşlara qarşı soyğunçuluq və dələduzluq edən şəxs tutulub Faktla əlaqədar cinayət işi başlanıb
Hadisə
29 Sentyabr , 2016 13:26
Vətəndaşlara qarşı soyğunçuluq və dələduzluq edən şəxs tutulub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda axtarışda olan şəxs tutulub.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğuna görə tutulan Ağa Sayılovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Sabirabad rayonu ərazisində, Beyləqan sakini 56 yaşlı Sabir Cəfərova hədə-qorxu gələrək 5000 manat pul aldığı müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi