​Vertolyot qəzası beş nəfərin ölümü ilə nəticələnib

​Vertolyot qəzası beş nəfərin ölümü ilə nəticələnib Qəza zamanı vertolyotun gövdəsində Marselo Müller, həyət yoldaşı, iki uşağı və pilot olub
Hadisə
28 Dekabr , 2014 07:30
​Vertolyot qəzası beş nəfərin ölümü ilə nəticələnib

Bakı. 28 dekabr. REPORT.AZ/ Braziliyanın Bribertioqa əyalətində dəhşətli vertolyot qəzası baş verib. Qəza nəticəsində beş nəfər hadisə yerindəcə həlak olub.

"Report" bildirir ki, ilkin məlumata görə, vertolyot meşə ərazisinə düşdükdən sonra yanıb. Qəza zamanı vertolyotun gövdəsində biznesmen Marselo Müller, onun həyət yoldaşı, iki uşağı və pilot olub.

Hal hazırda qəzayla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi