Bakı. 11 may. REPORT.AZ/ Vergilər Nazirliyi (VN) yanında Vergi Cinayətinin İbtidai Araşdırılması Departamentinin “Azərplast” MMC-yə qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, VN-in apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, VN-in departamenti "Azərplast" MMC-ni məhkəməyə verib. Nazirlik borclu MMC rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşıdırılmasına dair tələb irəli sürüb. Sabunçu Rayon Məhkəməsi iş üzrə icraatı dayandırıb. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib.