Şirkət ​Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Şirkət ​Vergilər Nazirliyinin departamentini məhkəməyə verib İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
7 Sentyabr , 2015 11:31
Şirkət ​Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Marko" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

“Report”un xəbərinə görə, MMC departamentin qəbul etdiyi qərarın və tələbnamənin ləğvini tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Marko" MMC ərzaq mallarının topdan satışı ilə məşğul olur.

Bu ilin əvvəlində vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb.

Son xəbərlər

Orphus sistemi