​Vergilər Nazirliyinin departamenti "AMAY" ticarət mərkəzini məhkəməyə verib

​Vergilər Nazirliyinin departamenti "AMAY" ticarət mərkəzini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
3 Oktyabr , 2015 11:57
​Vergilər Nazirliyinin departamenti AMAY ticarət mərkəzini məhkəməyə verib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "AMAY" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəmə verib.

"Report"un xəbərinə görə, Vergilər Departamenti vergi borcunun ödənilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev hazırda həbsdədir. O bu il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il müddətinə azadlıqdan məhrum edilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi