​Azərbaycanda vəkil vəkilə qarşı bir manatlıq məhkəmə iddiası qaldırıb

​Azərbaycanda vəkil vəkilə qarşı bir manatlıq məhkəmə iddiası qaldırıb İddia ərizəsi Göygöl rayon Məhkəməsinə təqdim edilib
Hadisə
13 Fevral , 2016 14:45
​Azərbaycanda vəkil vəkilə qarşı bir manatlıq məhkəmə iddiası qaldırıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda vəkil Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib.

"Report"un xəbərinə görə, A.Məmmədov bildirib ki, E.Sadıqov onun şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa çalışır, habelə şərəf və ləyaqəti, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar yayır: "Cavabdeh Elçin Sadıqovun böhtanlarının yer aldığı saytlarda üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq bir manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsi haqqında Göygöl rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim".

Son xəbərlər

Orphus sistemi