​Vəkil məhkəmədən jurnalist Elçin Həsənova bəraət verilməsini istəyib

​Vəkil məhkəmədən jurnalist Elçin Həsənova bəraət verilməsini istəyib Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib
Hadisə
22 İyul , 2016 11:44
​Vəkil məhkəmədən jurnalist Elçin Həsənova bəraət verilməsini istəyib

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən jurnalist Elçin Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və onun müdafiəçisinin apellyasiya şikayəti üzrə məhkəmənin prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə E.Həsənov və onun vəkili Fariz Namazlı çıxış edib.

F.Namazlı çıxışında E.Həsənov barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, E.Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və E.Həsənovun müdafiəçisi Fariz Namazlı isə apellyasiya şikayəti verib.

Xatırladaq ki, E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” internet-qəzetin redaktor müavini vəzifəsində çalışıb. Bundan başqa, o, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

Son xəbərlər

Orphus sistemi