Üstünə pəncərə şüşəsi düşən Hacıqabul sakini xəsarət alıb

Üstünə pəncərə şüşəsi düşən Hacıqabul sakini xəsarət alıb Vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib
Hadisə
26 Avqust , 2016 12:40
Üstünə pəncərə şüşəsi düşən Hacıqabul sakini xəsarət alıb

Hacıqabul. 26 avqust. REPORT. AZ / Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 24 yaşlı Elvin Habil oğlu Kazımov sağ qolunun vətərlərinin kəsilmiş diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Zərərçəkənin yaxınları bildirib ki, E.Kazımovun üstünə pəncərə şüşəsi düşüb və onun qolunu kəsib.

Xəstəxanada ona ilk tibbi yardım göstərildiyindən sonra vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi