​Uşaqları daşıyan azərbaycanlı qəzaya düşüb: ölən və yaralananlar var - FOTO

​Uşaqları daşıyan azərbaycanlı qəzaya düşüb: ölən və yaralananlar var - FOTO Sürücü və iki uşaq dünyasını dəyişib
Hadisə
11 Aprel , 2015 19:14
​Uşaqları daşıyan azərbaycanlı qəzaya düşüb: ölən və yaralananlar var - FOTO

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Rusiyanın Leninqrad vilayətində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol qəzası baş verib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində “Mercedes Sprinter” markalı mikroavtobus ilə “Scania” markalı yük maşını toqquşub.

Mikroavtobus Anisimovski qəsəbəsində yerləşən uşaq evinə məxsus olub. Hadisə nəticəsində sürücü və 15-16 yaşlarında iki oğlan uşağı həyatını itirib. Doqquzu uşaq olmaqla daha 10 nəfər xəsarət alıb.

KİV-in azərbaycanlı kimi təqdim etdiyi 42 yaşlı avtobus sürücüsünün əvvəllər 82 dəfə yol hərəkəti qaydalarını pozduğu bildirilir.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi