​Ukraynanın Donetsk vilayətində Azərbaycan vətəndaşı tutulub

​Ukraynanın Donetsk vilayətində Azərbaycan vətəndaşı tutulub O, saxlanılan könüllülərin arasında olub
Hadisə
3 May , 2016 07:35
​Ukraynanın Donetsk vilayətində Azərbaycan vətəndaşı tutulub

Bakı. 3 May. REPORT.AZ/ Ukraynanın Donetsk vilayətinin hüquq-mühafizə orqanları separatçı "DXR" tərəfində döyüşən 9 könüllünü saxlayıb, onlardan biri azərbaycanlıdır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin vilayət idarəsinin rəisi Vyaçeslav Abroskin öz "facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, saxlanılanlar arasında separatçıların qida işinə cavabdeh olan 1973-cü il təvəllüdlü bir qadın var. Polis rəisi tutulan şəxslərin 1957, 1976, 1979, 1991, həmçinin ikisinin 1989, ikisinin isə 1980-ci il təvəllüdlü olduğunu qeyd edib. Vyaçeslav Abroskin bildirib ki, saxlanılanlar Mariupol, Krasnoarmeysk, Avdeyevka, Marinki, Volnovaxi, Baxmutski və Velikonovoselkovski rayon sakinləridirlər.

Onun sözlərinə görə, 9 nəfərdən biri Nikolayevkada yaşayan Azərbaycan vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi