​Ukraynada ağır yol qəzasında azərbaycanlı yaralanıb, 1 nəfər ölüb - VİDEO

​Ukraynada ağır yol qəzasında azərbaycanlı yaralanıb, 1 nəfər ölüb - VİDEO Avtomobil yoldan çıxaraq maneəyə çırpılıb və yanmağa başlayıb
Hadisə
23 Oktyabr , 2015 08:34
​Ukraynada ağır yol qəzasında azərbaycanlı yaralanıb, 1 nəfər ölüb - VİDEO

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ötən gün səhər saatlarında Ukraynanın Borispol şəhərində ağır yol qəzası baş verib.

"Report" "dtp.kiev.ua" nəşrinə istinadən xəbər verir ki, Borispol trasında hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, maneəyə çırpılıb və yanmağa başlayıb.

Hadisə şahidləri sərnişinləri avtomobildən çıxardıblar: qadında həyat əlamətləri olmayıb, salonda olan kişi ağır xəsarət alıb. İlkin məlumatlara görə, o 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.

Şahidlərin sözlərinə görə, qəzadan öncə avtomobil yüksək sürətlə hərəkət edib.

Ürəyi zəif olanların videoya baxması tövsiyə olunmur.

Son xəbərlər

Orphus sistemi