​Ukraynada azərbaycanlılar arasında kütləvi dava olub: üç nəfər yaralanıb

​Ukraynada azərbaycanlılar arasında kütləvi dava olub: üç nəfər yaralanıb Hadisə yerinə əməliyyat qrupu cəlb olunub
Hadisə
23 Dekabr , 2014 23:27
​Ukraynada azərbaycanlılar arasında kütləvi dava olub: üç nəfər yaralanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Ukraynanın Nikolayev şəhərinin Novobuqskoy küçəsində etnik azərbaycanlılardan ibarət iki qrup arasında kütləvi dava olub.

"Report" xəbər verir ki, dava yerli vaxtla 22.00-da Vodopoy mikrorayonunda qeydə alınıb.

Davanın təsadüfi şahidləri hadisə yerinə milis çağırıblar. Dərhal Nikolayev şəhərinin Lenin RDİŞ-nin əməliyyat qrupu hadisə yerinə cəlb olunub. Milis işçiləri hadisə yerinə gələrkən, davanın bir çox iştirakçıları oradan qaçıb. Bu səbəbdən münaqişə iştirakçılarının sayını müəyyən etmək mümkün olmayıb.

Kütləvi dava nəticəsində iki nəfər kəsilmiş-deşilmiş, bir nəfər isə başıdan aldığı xəsarət ilə xəstəxanaya yerləşdirilib.

Hazırda Lenin rayon milis şöbəsində faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi