Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 Noyabr , 2020 20:45
Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunda məskunlaşan Cəbrayıl rayon sakini, 1995-ci il təvəllüdlü Mehdiyev Seymur Söhbət oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.

Nəticədə S.Mehdiyev aldığı xəsarətdən hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi