Ucarda məktəb binası yanıb

Ucarda məktəb binası yanıb Ucar rayonunun Əlikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə
29 Mart , 2024 09:11
Ucarda məktəb binası yanıb

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi