​Ucarda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb

​Ucarda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb Hadisə rayonun Alpı kəndindəbaş verib
Hadisə
15 Noyabr , 2014 07:48
​Ucarda iki yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb

Bakı. 15 noyabr. REPORT.AZ/ Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Alpı kəndində iki "Kamaz" markalı yük avtomobili toqquşub.

Avtomobillərdən birinin sürücüsü 1964-cü il təvəllüdlü Hüseynov Qara Dəmir oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi