​Ucarda canavarlar kəndə hücum edib, çox sayda heyvan tələf olub

​Ucarda canavarlar kəndə hücum edib, çox sayda heyvan tələf olub Yırtıcılar 20-dən çox xırdabuynuzlunu yarımcan edib
Hadisə
22 Mart , 2016 16:46
​Ucarda canavarlar kəndə hücum edib, çox sayda heyvan tələf olub

Bakı. 22 mart. REPORT.AZ/ Gecə saatlarında Ucar rayonunun Təzə Şilyan kəndinə canavarlar hücum edib.

"Report" xəbər verir ki, yırtıcılar yerli sakin Təhmasib Məmmədovun həyətində olan tövləyə girərək qoyunları parçalayıblar.

Canavarların hücumu nəticəsində 10 baş xırdabuynuzlu tələf olub, 20-dən çoxu yarımcan olub.

Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb. Ərazi dezinfeksiya edilib.

Son xəbərlər

Orphus sistemi