​Üç azərbaycanlı məktəbli "McDonald's"dan oğurluq edib

​Üç azərbaycanlı məktəbli "McDonald's"dan oğurluq edib Polis 5-ci və 6-cı sinif şagirdlərini saxlayıb
Hadisə
3 İyun , 2015 06:33
​Üç azərbaycanlı məktəbli McDonald'sdan oğurluq edib

Bakı. 03 İyun. REPORT.AZ/ Sankt-Peterburqun Staçek prospektində yerləşən "McDonald's"da məktəblilərin iştirakı ilə oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, kafe rəhbəri nəticədə 105 min rubl (təqribən 2 min dollar) dəyərində ziyana uğradığını bəyan edib.

Polis əməkdaşları hadisə ilə bağlı iki 5-ci və bir 6-cı sinif şagirdini saxlayıb. Onlar Kirov rayonundakı məktəblərdən birində təhsil alırlar. İki oğlan uşağının 14, digərinin isə 16 yaşı var. Onların hamısının azərbaycanlı olduğu bildirilir.

Oğurlanan malların bir hissəsini geri qaytarmaq mümkün olub. Faktla bağlı cinayət işi qaldırılıb.

Yeniyetmələr yaşadığı yerdən kənara çıxmamaq şərti ilə evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi