Türkiyədə yol qəzası nəticəsində 3 azərbaycanlı tələbə həlak olub

Türkiyədə yol qəzası nəticəsində 3 azərbaycanlı tələbə həlak olub Daha 3 azərbaycanlı tələbə yaralanıb
Hadisə
26 Sentyabr , 2014 13:05
Türkiyədə yol qəzası nəticəsində 3 azərbaycanlı tələbə həlak olub
Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkiyənın Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb. Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak Universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

Hadisədən sonra Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən zəruri tədbirlər görülüb. Hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımi təmaslar davam etdirilir.

Həlak olanların cənazələrinin vətənə çatdırılması, lazımi sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir.

Hadisə ilə bağlı Azərbaycanın Təhsil Nazirliyinə də məlumat verilib. İlkin araşdırma zamanı qəzaya düşən şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi