Türkmənistan sahillərində aşkar edilmiş cəsədin itkin düşmüş neftçi olduğu müəyyənləşib

Türkmənistan sahillərində aşkar edilmiş cəsədin itkin düşmüş neftçi olduğu müəyyənləşib O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir
Hadisə
7 Aprel , 2016 14:20
Türkmənistan sahillərində aşkar edilmiş cəsədin itkin düşmüş neftçi olduğu müəyyənləşib

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇİ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur.

"O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik", - deyə SOCAR-dan qeyd olunub.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. 

Son xəbərlər

Orphus sistemi