Türkiyədən Azərbaycana gələn sərnişindən “Beşbarmaq” aşkarlanıb

Türkiyədən Azərbaycana gələn sərnişindən “Beşbarmaq” aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Sentyabr , 2016 15:22
Türkiyədən Azərbaycana gələn sərnişindən “Beşbarmaq” aşkarlanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının baqajından “beşbarmaq” aşkar ediblər.

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dalaman-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi