Bakıda Türkiyə vətəndaşının pulunu və sənədini oğurlayan şəxs tutulub

Bakıda Türkiyə vətəndaşının pulunu və sənədini oğurlayan şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Noyabr , 2015 14:14
Bakıda Türkiyə vətəndaşının pulunu və sənədini oğurlayan şəxs tutulub

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyə vətəndaşının pulunu və sənədini oğurlayan şəxs tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Türkiyə vətəndaşı İdris Çoketin çantasından 500 ABŞ dolları və sənəd oğurlamış Yusif Mirişov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi