Türkiyə vətəndaşı Qazaxda soyğunçuluğa məruz qalıb

Türkiyə vətəndaşı Qazaxda soyğunçuluğa məruz qalıb Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
17 Oktyabr , 2016 11:30
Türkiyə vətəndaşı Qazaxda soyğunçuluğa məruz qalıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyə vətəndaşı Qazaxda soyğunçuluğa məruz qalıb.

"Report" un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Türkiyə vətəndaşı Ayvazoğlu Şahinin 40 manat və 2050 ABŞ dolları pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Rasim Tağıyev tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi