Toy günü törətdiyi yol qəzasında gəlinin ölümünə səbəb olan şəxsə hökm oxunub - FOTO

Toy günü törətdiyi yol qəzasında gəlinin ölümünə səbəb olan şəxsə hökm oxunub - FOTO Həbs cəzası alan şəxs bəyin xalası oğludur
Hadisə
19 Oktyabr , 2015 13:16
Toy günü törətdiyi yol qəzasında gəlinin ölümünə səbəb olan şəxsə hökm oxunub - FOTO

Həbs cəzası alan şəxs bəyin xalası oğludur

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Teymur Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror T.Yusifovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirə otağından qayıdan hakimlər hökm oxuyub. Məhkəmənin hökmü ilə T.Yusifov 7 il (6 il 11 ay 29 gün) müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Xəzər rayonun Zirə qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Sail Bədirlinin idarə etdiyi “Hyundai” markalı avtomobil Bakı şəhər sakini Teymur Yusifovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Bundan sonra “Hyundai” idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Vəsilə Qurbanova aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, Xəzər rayon sakini Vəsilə Qurbanova toya hazırlıq üçün gözəllik salonuna gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu, yəni S.Bədirlini gəlini evə aparmaq üçün onun dalınca göndərib. Lakin salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Qurbanova hadisə yerində ölüb.

Son xəbərlər

Orphus sistemi