​Tovuzda 54 yaşlı kişi intihar edib

​Tovuzda 54 yaşlı kişi intihar edib Mərhumun üzərində məktub olub
Hadisə
3 Avqust , 2016 04:18
​Tovuzda 54 yaşlı kişi intihar edib

Tovuz. 3 avqust. REPORT.AZ/ Tovuzda 54 yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosu məlumat verir ki, hadisə ötən gün rayonun Alakol kəndində baş verib.

Kənd sakini Nazim Namazoğlu özünü həyətindəki ağacdan asaraq canına qəsd edib. Yaxınları onu ölü halda aşkarlayıblar. Mərhumun cibindən çıxan məktubda isə onun xəstəlikdən əziyyət çəkdiyi, bunun üçün canına qıydığını qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi