Tovuzda qəza nəticəsində sürücü xəsarət alıb

Tovuzda qəza nəticəsində sürücü xəsarət alıb Hadisə Bakı-Qazax yolunun Düzqırıqlı kəndi ərazisində qeydə alınıb
Hadisə
27 Dekabr , 2015 20:02
Tovuzda qəza nəticəsində sürücü xəsarət alıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Tovuz rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax yolunun Düzqırıqlı kəndi ərazisində qeydə alınıb.

İdarə etdiyi avtobil ilə qəzaya düşən sürücü 20 yaşlı Duzqırıqlı kənd sakini Tanrverdi Hüseynov xəsarətlər alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanassna yerləşdirilib.

Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirdiler. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi