Tovuzda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib

Tovuzda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib Rayona istiqamətlənən maşınlarən hərəkətində ləngimələr yaranıb
Hadisə
24 Yanvar , 2016 05:40
Tovuzda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib

Bakı. 24 yanvar. REPORT.AZ/ Tovuzda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

“Report” xəbər verir ki, təxminən saat 21:00 radələrindən başlayaraq rayonun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərindən Tovuza istiqamətlənən avtomobillərin hərəkətində müəyyən ləngimələr yaranıb.

Sürücülərin sözlərinə görə, avtomobillərin uzaq vuran işıqları belə dumana təsir göstərə bilməyib. Bu cür hava şəraiti daha çox kənd yollarında müşahidə olunub.

Sürücülər son 5 ildə rayonda belə dumanlı, çiskinli havanın müşahidə olunmadığını bildiriblər. Təbiət hadisəsi heç bir yol qəzasına səbəb olmayıb.

Son xəbərlər

Orphus sistemi