Tovuzda “Kamaz”-la “Mercedes” toqquşub: 2 ölü

Tovuzda “Kamaz”-la “Mercedes” toqquşub: 2 ölü Minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər
Hadisə
30 Avqust , 2015 08:33
Tovuzda  “Kamaz”-la “Mercedes” toqquşub: 2 ölü

Bakı. 30 avqust. REPORT.AZ/ Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxararaq və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 02:39-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi