​Tovuzda it qəzaya səbəb olub, maşın ticarət obyektinə çırpılıb - FOTO

​Tovuzda it qəzaya səbəb olub, maşın ticarət obyektinə çırpılıb - FOTO Hadisə nəticəsində sürücü sağ qalıb
Hadisə
18 Yanvar , 2016 00:47
​Tovuzda it qəzaya səbəb olub, maşın ticarət obyektinə çırpılıb - FOTO

Bakı. 18 yanvar. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, qəza "Changan" markalı avtomobilin yoldan çıxaraq kənardakı obyektə çırpılması nəticəsində baş verib.

Şahidlərin sözlərinə görə, qəzaya yola qəfil itin çıxması səbəb olub.

İdarəetməni itirən sürücü əvvəlcə yol kənarındakı dəmir maneələrə, daha sonra isə ticarət obyektinə çırpılıb. Maşın yararsız hala düşsə də, qəzadan sağ çıxan sürücü hadisə yerindən uzaqlaşıb.

Tovuz rayon Polis şöbəsi qəzanın səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi