​Tovuzda fermer güllələnərək qətlə yetirilib

​Tovuzda fermer güllələnərək qətlə yetirilib 43 yaşlı Müşfiq Hüseynovun meyiti öz avtomobilində aşkar edilib
Hadisə
26 Aprel , 2015 13:32
​Tovuzda fermer güllələnərək qətlə yetirilib

Bakı. 26 aprel. REPORT.AZ/ Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.

"Report" xəbər verir ki, 43 yaşlı fermerin meyiti özünə məxsus avtomobilin yük yerində kənd qəbiristanlığının yanında aşkar edilib.

Dərhal hadisə yerinə Tovuz rayon Polis şöbəsinin əməkdaşları cəlb edilib. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə gətirilib. Qətlin kim tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi