Tovuzda avtomobil qəzası baş verib, yaralananlar var - FOTO

Tovuzda avtomobil qəzası baş verib, yaralananlar var - FOTO Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
15 İyul , 2016 20:59
Tovuzda avtomobil qəzası baş verib, yaralananlar var - FOTO

Tovuz. 15 iyul. REPORT.AZ/ Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində olub. 

Belə ki, "VAZ-2106" markalı avtobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil iki hissəyə ayrılıb, 4 nəfər yaralanıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi