Tovuzda ağır yol qəzası: 1 ölü, 2 yaralı var - FOTO

Tovuzda ağır yol qəzası: 1 ölü, 2 yaralı var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
1 İyul , 2016 20:19
Tovuzda ağır yol qəzası: 1 ölü, 2 yaralı var - FOTO

Tovuz. 1 iyul. REPORT.AZ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

"Report"un Qərb bürosu xəbər verir ki, Bakı-Qazax magistralının Tovuz rayonunun Qovlar kəndindən keçən hissəsində "Hyundai" və "Nissan" markalı avtomobillər toqquşub. 

Nəticədə zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq kənara düşüb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər - 29 yaşlı Elşən Həsənov, 16 yaşlı Dulqay Əhmədov və 47 yaşlı Almaz Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ancaq həkimlərin səylərinə baxmayaraq, baş nahiyəsindən ağır xəsarət almış qadının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi