Tovuzda ağacdan meyvə yığan qadın yıxılaraq ağır xəsarət alıb

Tovuzda ağacdan meyvə yığan qadın yıxılaraq ağır xəsarət alıb O, dərhal təcili yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb
Hadisə
2 İyun , 2016 23:54
Tovuzda ağacdan meyvə yığan qadın yıxılaraq ağır xəsarət alıb

Bakı. 2 iyun. REPORT.AZ/ Tovuz rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Dönük Qırıqlı kəndində baş verib.

Kənd sakini, 55 yaşlı Göyçək Məmmədova ağacdan meyvə dərərkən yıxılaraq xəsarət alıb.

O, dərhal təcili yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və yaralıya tibbi yardım göstərilib.

Hazırda Göyçək Məmmədovanın vəziyyəti kafidir.

Son xəbərlər

Orphus sistemi