Tovuzda 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub - FOTO

Tovuzda 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub - FOTO Bəzi yaşayış məntəqələri elektrik enerjisiz qalıb
Hadisə
24 May , 2016 18:22
Tovuzda 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub - FOTO

Tovuz. 24 may. REPORT.AZ/ "Ötən gün Qərb bölgəsində müşahidə olunan dolu və güclü leysan Tovuz rayonunda ciddi fəsadlar törədib". Bu barədə "Report"un Qərb bürosunun müxbirinə Tovuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Mahir Həsənov məlumat verib.

O bildirib ki, təbii fəlakət nəticəsində rayon ərazisində 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub: "Təbii fəlakət əsasən rayonun Kirən, Qalaboynu, Əhmədabad, Yanıxlı, Köhnə Qala, Əlibəyli və Alakol kəndlərini əhatə edib. 40 dəqiqəyə yaxın davam edən dolu kənd təsərrüfatına, yaşayış evlərinin dam örtüklərinə, elektrik təsərrüfatına xeyli ziyan vurub. FHK-nın ilkin hesablamalarına görə, adıçəkilən kəndlərdə 500 hektardan çox kartof sahəsi və meyvə bağları məhv olub, Kirən kəndində isə yüzdən artıq ev quşu tələf olub. Güclü külək bəzi kəndlərin elektrik xətlərinə də ziyan vurub. Hazırda adiyyəti qurumlar təbii fəlakət baş verən yaşayış məntəqələrində enerji verilişinin bərpasına çalışırlar. Bu gün günorta saatlarında yenidən hava şəraitinin kəskin dəyişməsi işlərin ləngiməsinə səbəb olub". 

M.Həsənovun sözlərinə görə, günün sonuna qədər yaşayış məntəqələri elektrik enerjisi ilə tam təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi