Tovuzda 43 yaşlı kişini it dişləyib

Tovuzda 43 yaşlı kişini it dişləyib Mübariz Əsgərova quduzluq əleyhinə vaksin vurulub
Hadisə
20 Fevral , 2016 21:34
Tovuzda 43 yaşlı kişini it dişləyib

Bakı. 20 fevral. REPORT.AZ/ Tovuz rayonunun Aşağı Quşçu kəndində itqapma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 43 yaşlı rayon sakini Mübariz Əsgərov öz həyətində olarkən sahibsiz itlərin hücumuna məruz qalıb və ayağından dişlək yarası alıb.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub. Hazırda ev şəraitində müalicə olunan 3 uşaq atasının vəziyyəti kafi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi