Tovuzda 39 yaşlı kişi intihar edib

Tovuzda 39 yaşlı kişi intihar edib Faktla bağlı araşdırmalara başlanıb
Hadisə
16 May , 2016 17:59
Tovuzda 39 yaşlı kişi intihar edib

Bakı. 16 may. REPORT.AZ/ Tovuz rayonunda intihar hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun "Semzavod" qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 39 yaşlı Səməd Hüseynov özünü yaşadığı evdə asaraq intihar edib. 

Tovuz Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, baş verən intihar hadisəsi ilə bağlı araşdırmalara başlanıb: "Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Polis şöbəsinin əməkdaşları faktla bağlı araşdırmalar aparır".

Qeyd edək ki, hadisə bu gün 13 radələrində baş verib. Mərhumun rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində kababçı işlədiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi