​Tovuzda 2 hektar biçilməmiş taxıl sahəsi yanıb - FOTO

​Tovuzda 2 hektar biçilməmiş taxıl sahəsi yanıb - FOTO Ümumilikdə 15 hektara yaxın quru ot və biçilmiş taxıl sahəsi məhv olub
Hadisə
27 İyun , 2016 22:33
​Tovuzda 2 hektar biçilməmiş taxıl sahəsi yanıb - FOTO

Tovuz. 27 iyun. REPORT.AZ/ Tovuzda 2 hektar biçilməmiş taxıl sahəsi yanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, quru otlaq sahəsindən başlanan qəfil yanğın taxıl zəmisinə keçib.

Hadisə Tovuzun Aşağı Quşçu kəndində qeydə alınıb. Alovlanan sahəyə yanğınsöndürənlər cəlb olunub. Kənd sakini Həsən Quliyev bu il 6 hektar taxıl əkdiyini, yanğın zamanı bunun 2 hektardan çoxunun məhv olduğunu bildirib.

Hadisə zamanı ümumilikdə 15 hektara yaxın quru ot və biçilmiş taxıl sahələridə yanıb.

Son xəbərlər

Orphus sistemi