Bakı. 6 fevral. REPORT.AZ/ Gecə saatlarında Tovuz rayonunun Əlibəyli kəndində vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
"Report" xəbər verir ki, evə bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.