Bakı. 3 may. REPORT.AZ/ Ötən gün Tovuz rayonunun kəndlərinə dolu yağıb.
“Report” xəbər verir ki, əvvəlcə iri olan dolunun diametri daha sonra kiçilib.
Yağıntı nəticəsində rayonda ciddi problemlər yaranmasa da, kənd təsərrüfatına, xüsusilə də, kartof sahələrinə ziyan dəyib.
Hazırda qərb bölgəsində şimşəklə müşayiət edilən yağıntılı hava şəraiti müşahidə olunur.